Sülh sazişi Azərbaycanın təklif etdiyi prinsiplər əsasında imzalanmalıdır

Sülh sazişi Azərbaycanın təklif etdiyi prinsiplər əsasında imzalanmalıdır
Siyasət
13:04 03.08.2023
744
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews” televiziyasına müsahibə verib.
Uzun illər beynəlxalq təşkilatların sülh yolu ilə həll edə bilmədikləri, əslində isə həll etməyə borclu olduqları bu münaqişəni Azərbaycan öz gücü, səriştəsi hesabına həll etdi. Allah zəfərimiz yolunda canını qurban verən şəhidlərimizi rəhmət etsin! Qazilərimizə isə şəfa diləyirəm. Qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bununla paralel olaraq dövlətimiz öz ordusunu gücləndirir və Şuşa Bəyannaməsində də qeyd edildiyi kimi, Azərbaycan Türkiyə ordusunun modelində öz ordusunu müasir tələblərə cavab verəcək formada yenidən quracaq. Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək səviyyədə həyata keçirir. Bir daha əminliklə qeyd etmək istərdik ki, qalib Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin hər an əmr və tapşırıqlarını yerinə yetirmək üçün hazır olacaqdır.
 
Dövlətimizin başçısı "Euronews” kanalına müsahibəsində deyib ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər. Onlar Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.
 
Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyətin yeni ölçü yaratdığını qeyd edən Azərbaycan Prezidenti bildirib: "Çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək”.
İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi. Bununla belə, həmin yerdəki vəziyyət dəyişməyə başladı.
 
Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi.
Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.
 
44 günlük Vətən Müharibəsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun sayəsində uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi
Azərbaycan tərəfi öz mövqeyinə sadiq qalaraq həm Ermənistanla münasibətlərin normallaşdırılnası istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirir, həm də Qarabağ erməniləri ilə birbaşa təmaslar qurmağa çalışır. Lakin erməni tərəfi öz ənənəsinə sadiq qalaraq Azərbaycanın son təklifini də cavabsız qoyub: Bu, həm Ermənistanın, həm də Qarabağda yaşayan ermənilərin gündəlikdə olan məsələlərə, təmasların inkişafına qeyri-konstruktiv münasibətini nümayiş etdirməklə yanaşı, həm də mövcud vəziyyətdən nəticə çıxarmadıqlarını göstərir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, onların başqa çıxış yolu yoxdur. Ya təmasları davam etdirərək, bu məsələdə konstruktivlik nümayiş etdirərək reinteqrasiya prosesini qəbul etdirməlidirlər, ya da ərazini tərk etməlidirlər. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur.



Naftalan şəhər sakini Arzu Məmmədov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi
11:25 24.08.2025
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi