“Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza

“Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza
SİYASƏT
09:04 30.09.2020
2809
ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza CNN telekanalına müsahibə verib.

AZXEBER.COM azvision.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Hazırda sülh ehtimalını necə dəyərləndirirsiniz? Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- 1994-cü ildə Qrabağ müharibəsinə son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi imzalandı. Bu gün vəziyyət həmin dövrdən tamamilə fərqlənir. ATƏT-in Minsk Qrupunun həmsədri olduğum illərdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev arasında prinsipcə bir razılıq mövcud idi. Lakin bu, bir neçə əsas faktlar çərçivəsində irəliyə doğru məntiqli çıxış yolu hesab olunurdu.

Ancaq, hələ də dəqiqləşdirilməsi vacib bəzi önəmli detallar var.

Ermənistanda "Məxməri" inqilabdan sonra hakimiyyətə gələn Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə normal münasibətlər quracağına və münaqişənin həlli istiqamətində irəliləyiş olacağına ümid vardı. Əslində, 2018-ci ildəki ilk görüşlərindən sonra hər iki lider birgə açıqlamasında xalqların sülh prosesinə hazırlanmasına ehtiyac olduğunu bildirdilər. "Məxməri" inqilabdan bəri Paşinyan öz ölkəsində siyasi təzyiq altına düşdü və inqilabla bağlı gözləntilərini doğrulda bilmədi və fikrini dəyişərək əvvəlcədən razılaşdırılmış prinsipləri dəstəkləmədiyini söylədi.

Ermənistan və Azərbaycan arasında mövcud gərginliyə gəldikdə, münaqişəni kimin başlatdığı, ilk atəşin hansı tərəfdən açdığı bilinmir, ancaq hər iki tərəfin ağır silahlardan istifadə etdiyi və zirehli texnikalarını təmas xətti boyu yerləşdirdiyi məlumdur. Sülhdən danışmaq hələ çox tezdir. Zənnimcə, döyüşlər ya Ermənistan Azərbaycanın hərbi əməliyyatlarının qarşısını alana kimi, ya da Azərbaycan geri qaytardığı ərazilərdə mövqelərini tam möhkəmlədənə qədər davam edəcəkdir.

- Cənub Qafqaz regionu, o cümlədən Dağlıq Qarabağ bir çox səbəblərdən hər zaman ABŞ-ın maraq dairəsində olub. Azərbaycandan, Dağlıq Qarabağ yaxınlığından Türkiyəyə, oradan da Avropaya doğru uzanan strateji infrastruktur var. Buraya, əsasən BP tərəfindən idarə olunan enerji, neft və qaz boru kəmərləri, eləcə də, dəmir yolu və avtomobil nəqliyyatı, Əfqanıstan müharibəsi baxımından ABŞ üçün etibarlı hava dəhlizi və onların fiber optik kabelləri daxildir.

Bütün bunları nəzərə alaraq ABŞ-ın regionda müəyyən maraqları olduqlarını deyə bilərik. Lakin Obamanın prezidentliyi dövründə olduğu kimi, Tramp hökuməti də bu gün Dağlıq Qarabağ münaqişəsinə o qədər də diqqət yetirmədiyi görünür. Açığı, düşünürəm ki, Qarabağ əsasən Buş hökumətinin diqqət mərkəzində olub. ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Mink Qrupunda boşluqlar görünür, onlar çox iş görə bilmirlər. Bu səbəbdən, hesab edirəm ki, indiki vəziyyətdə Ermənistanı dəstəkləyən Rusiya və "bir millət və iki dövlət”şüarı altında Azərbaycanı dəstəkləyən Türkiyə bu boşluğu doldura bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb