Sülhəddin Əkbər: “İran dini dairələrinin Nardaranda çox güclü mövqeləri var”

Sülhəddin Əkbər: “İran dini dairələrinin Nardaranda çox güclü mövqeləri var”
Bütün Xəbərlər
14:32 07.11.2014
1033
"Dini mərasimlərin digər dövlətin bayrağı və siyasi liderlərinin fotoları altında keçirilməsi yolverilməzdir"
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Bakı kəndlərində, o cümlədən, Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsi məsələsinə münasibət bildirib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən eksklüziv açıqlamada bildirilib ki, baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmayıb.
Bildirilir ki, internetdə bununla bağlı videogörüntülər yayılan kimi QMİ Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb və belə bir fakt aşkar etməyib: “Bununla belə, baş verən hadisələrlə bağlı başda sədr Şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMİ-nin mövqeyi ondan ibarətdir ki, bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır. Dindarlarımıza bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. QMİ bunu pisləyir və dini mərasimlərin digər dövlətin bayrağı, siyasi liderlərinin fotoları altında keçirilməsini yolverilməz hesab edir. Azərbaycanda bütün dini mərasimlər öz milli mənəvi dəyərlərimizə söykənərək keçirilir və heç bir dövlət bizə təsir edə bilməz”.
Qeyd edək ki, Məhərrəm ayının girməsi, eyni zamanda Aşura günü ilə əlaqədar Bakı kəndlərində, o cümlədən, Nardaranda məclislər İran İslam Respublikasının bayrağı və İranın dövlət xadimlərinin fotoları altında keçirilib, video çəkilişləri internetdə yayılıb.
Sözügedən olayla bağlı milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərlə danışdıq. Nardaranda dini mərasimlərdə İran bayraqlarının, dini liderlərinin portlərinin qaldırılmasına münasibətini açıqlayan müsahibimiz AZXEBER.com-a bunları deyib: “Iranın dini dairələrinin Nardaranda çox güclü mövqeləri var. Azərbaycan xüsusi xidmət orqanları, dini dairələri tərəfindən Nardaran kəndində kompleks tədbirlər həyata keçirilməlidir. Nəticə göz qabağındadır. Çox təəssüf ki, uzun illərdir İran bu kənddə öz təsirini saxlamaqda davam edir və gücləndirir. Bu da İranın xüsusi xidmət orqanlarının, siyasi, dini dairələrinin Nardaranda aktiv mövqeyə malik olduğunu göstərir”.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR