Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirdi

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirdi
SİYASƏT
15:53 12.12.2022
300
Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.

AZXEBER.COM xəbər verir ki, "Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yataqxanalar "Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.

Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib.

Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.

Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.
OXŞAR XƏBƏRLƏR