"Sülhməramlılar Azərbaycan ərazisindədir, Paşinyan belə şeylərə burnunu soxmasın" - Deputat

"Sülhməramlılar Azərbaycan ərazisindədir, Paşinyan belə şeylərə burnunu soxmasın" - Deputat
SOSİAL
15:43 29.10.2022
721
Ermənistan baş naziri Nikol Paşinyan Soçidə Rusiya sülhməramlılarının xidmət müddətinin 10-15 il uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib.

O, həmçinin, qeyd edib ki, bu qərarı tək verə bilməz, çünki qərarlar üçtərəfli formatda qəbul olunur.

Bəs Paşinyanın bu cür fikirə düşməsinə nə səbəb olub? Bu haqda sənədin imzalanması nə dərəcədə realdır?

Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.

O, qeyd edib ki, Paşinyan burnunu belə şeylərə soxmalı deyil:

"Paşinyan yenə də öz ampluasındadır. Hiyləgər və məkrli fikirlərini ən müxtəlif platformalarda ortaya qoymaqda və olduqca primitiv manevrlər etməkdədir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son iclasında rəzil vəziyyətə düşən Paşinyan Rusiyanın ortaya qoymuş olduğu planın 31 sentyabrda üçtərəfli görüşdə imza atacağına belə razılıq verdiyini dilə gətirdi. Bu cür sülhməramlıların 10-15 il müddətində Azərbaycan ərazisində qalmasının deyilməsi fikrini mən hələ eşitməmişəm, amma əgər belə fikir söyləyibsə, bilməlidir ki, bu sülhməramlılar Azərbaycan ərazisindədir və bunun da Paşinyana dəxli yoxdur. Paşinyan burnunu belə şeylərə soxmalı deyil". 

Deputat həmçinin qeyd edib ki, Paşinyan təcavüz siyasəti davam etdirməyə çalışır:

"O, çalışır ki, başqa bir formada Köçəryanın, Sarkisyanın həyata keçirmiş olduğu təcavüzkar və işğalçı siyasətini gələcəkdə davam etdirə bilsin. Bunun üçün o, Fransa ilə, İranla əlaqələr qurmağa çalışır, artıq bu kommunikasiyalar mövcuddur. İndi Rusiyaya daha çox yaltaqlanaraq onun dəstəyini almağa səy göstərir. Əlbəttə, Putinin bu cür planı qətiyyən Azərbaycan dövlətinin maraqlarına uyğun deyil. Dəfələrlə cənab Prezident söyləyib ki, Qarabağ məsələsi bitib. Həqiqətən, bu məsələ bizim övladlarımızın verdiyi qanla, canla başa çatıb. Ona görə də hansı platformalardan deyilməsindən asılı olmayaraq, Azərbaycanda Qarabağ problemi olmayacaq. Bu problem olmayandan sonra sülhməramlı qüvvələr də olmayacaq. Mən buna tamamilə əminəm. Niyyət Rusiya ilə Azərbaycan arasındakı münasibətləri kəskinləşdirmək, Rusiyanın diqqətini özündən yayındıraraq, Azərbaycanın üzərinə istiqamətləndirməkdir".

"Azərbaycan dövləti, onun müzəffər Ali Baş Komandanı cənab Prezident qarşıya qoymuş olduğu hədəflərə çatmaq iqtidarındadır. Bizim güclü dövlətimiz, güclü ordumuz, qardaş Türkiyə kimi müttəfiqimiz var. Nəzərə alsaq ki, İsrail və Pakistan da Azərbaycanın yanındadır, ona görə də bu müttəfiqliyin qarşısında heç bir şəkildə nə ermənisi, nə onun arxasında duran Rusiyası, İranı, Fransası Azərbaycana qarşı müəyyən etmiş olduqları məkrli planı yerinə yetirə bilməyəcəklər. Azərbaycanın qarşıya qoyduğu məqsədlərin yerinə yetirilib tamamlanması da çox uzaqda deyil" - deyə deputat əlavə edib.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutacaq.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər