“Sülhməramlıların nəzarətindəki ərazilərə Ermənistandan hərbçilər göndərilə bilməz”

“Sülhməramlıların nəzarətindəki ərazilərə Ermənistandan hərbçilər göndərilə bilməz”
Siyasət
22:17 14.08.2021
1580
"Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk” televiziyasının müxbirinə müsahibəsində Laçın dəhlizi ilə bağlı bəzi iddialara münasibət bildirərkən deyib.

"Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var.

Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik.

Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi.

Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik.

Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb?- RƏSMİ AÇIQLAMA
12:11 11.08.2025
Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb?- RƏSMİ AÇIQLAMA
Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır
12:08 11.08.2025
Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır
"Spotify" türkiyəli əməkdaşlarına qarşı araşdırma başladıb
12:02 11.08.2025
"Spotify" türkiyəli əməkdaşlarına qarşı araşdırma başladıb
Meksikalı iş adamı Bodrumda soyuldu
11:56 11.08.2025
Meksikalı iş adamı Bodrumda soyuldu
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
11:50 11.08.2025
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
“Vaşinqton görüşü Azərbaycan və Ermənistan üçün yeni başlanğıcın təməlini qoydu” - Deputat
11:46 11.08.2025
“Vaşinqton görüşü Azərbaycan və Ermənistan üçün yeni başlanğıcın təməlini qoydu” - Deputat
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsinin trendində!
11:39 11.08.2025
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsinin trendində!
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
11:38 11.08.2025
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
Türkiyədə 18-i uşaq olmaqla 32 immiqrant saxlanıldı
11:29 11.08.2025
Türkiyədə 18-i uşaq olmaqla 32 immiqrant saxlanıldı
"30 yaşdan sonra bürcünüzün xarakterini daşımırsınız" - Astroloqdan AÇIQLAMA
11:24 11.08.2025
"30 yaşdan sonra bürcünüzün xarakterini daşımırsınız" - Astroloqdan AÇIQLAMA
Lənkəranda yanğın törədən şəxs saxlanıldı
11:24 11.08.2025
Lənkəranda yanğın törədən şəxs saxlanıldı
Aysun 1400 nəfərə konsert verdi - FOTOLAR
11:21 11.08.2025
Aysun 1400 nəfərə konsert verdi - FOTOLAR
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır
11:02 11.08.2025
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır
Məşhur rok ifaçısı Almatıda konsert verəcək
11:01 11.08.2025
Məşhur rok ifaçısı Almatıda konsert verəcək
AccessBank-ın mikro və aqro kreditlər üzrə 3%-dək güzəşt kampaniyası davam edir
11:00 11.08.2025
AccessBank-ın mikro və aqro kreditlər üzrə 3%-dək güzəşt kampaniyası davam edir
"Yalı çapkını" İspaniyada rekor qırdı
10:57 11.08.2025
"Yalı çapkını" İspaniyada rekor qırdı