Sultan Süleyman üçün çətin anlar

MAQAZİN
19:00 29.01.2014
1413
“Muhteşem Yüzyıl” serialında Sultan Süleyman obrazını canlandıran aktyor Halit Ergenc 6 saat buzlu suda qalıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu axşam “Star” telekanalında nümayiş olunacaq yeni bölümün çəkilişlərindən dolayı aktyor buzlu su dolu vannaya girmək məcburiyyətində qalıb.
Çəkilişlər arasında soyuqdan titrəyən Halit Ergençe çəkiliş heyəti “Xəstələnəcəksiniz, istəyirsinizsə, qısa fasilə verərək, çəkiliş edək” - deyiblər.
Aktyor isə buna razı olmayıb. Bildirib ki, heç kimi işdən yayındırmaq istəmir.
H.Ergenç qripdən qorunmaq üçün elektrikli isidicilərdən istifadə edib.
OXŞAR XƏBƏRLƏR