'Sultanəhməddə partlayışı suriyalı kamikadze törədib' - Ərdoğan

DÜNYA
16:46 12.01.2016
1393
Türkiyə prezidenti Rəəcəb Tayyib Ərdoğan İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayışı törədənin kimliyini açıqlayıb.
APA-nın NTV-yə istinadən xəbərinə görə, Türkiyənin müxtəlif ölkələrdəki səfirləri ilə keçirdiyi görüşdə çıxış edən Ərdoğan deyib ki, partlayışı suriyalı kamikadze törədib. O, hadisə nəticəsində 10 nəfərin öldüyünü, 15 nəfərinsə xəsarət aldığını bildirib: “Yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama yayılacaq. Bizim üçün İŞİD, PKK və digər terror təşkilatlarının fərqi yoxdur. Bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının hədəfi Türkiyədir”.
OXŞAR XƏBƏRLƏR