Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı
İDMAN
18:46 11.02.2026
285
Ralf Şumaxer partnyoru Etyen Buske-Kassanye ilə evlənəcəyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, keçmiş Formula 1 pilotu, 50 yaşlı Ralf Şumaxer partnyoru Etyen Buske-Kassanye ilə evlənəcəyini elan edib. Cütlük bu xəbəri fevralın 10-da birgə instaqram paylaşımı ilə ictimaiyyətə çatdırıb.

Paylaşımda onların qədəhləri toqquşduraraq birlikdə gülümsədikləri foto və rəsmi açıqlama yer alıb. Alman və ingilis dillərində yayımlanan bəyanatda deyilir:

"Ralf Şumaxer və partnyoru Etyen Buske-Kassanyenin evlənəcəyini təsdiqləməkdən məmnunuq. Hər ikisi aldıqları çoxsaylı səmimi təbriklərə görə sevinclidir”.

Açıqlamada həmçinin qeyd olunub ki, "Ralf və Etyen şəxsi həyatları ilə bağlı əlavə şərh verməyəcəklər və şəxsi seçimlərinə hörmət olunmasını xahiş edirlər. Anlayışınız üçün təşəkkür edirik”.





OXŞAR XƏBƏRLƏR