Sumı vilayətindən təxminən 35 min nəfərin təxliyəsi planlaşdırılır

Sumı vilayətindən təxminən 35 min nəfərin təxliyəsi planlaşdırılır
DÜNYA
18:28 09.06.2025
304
Ötən həftə Ukraynanın Sumı vilayətinin yaşayış məntəqələrindən 897 nəfər, o cümlədən 137 uşaq təxliyə edilib.

Bu barədə vilayət polisi məlumat verib.

Hazırda vilayətdən təxliyə edilməli olan əhalinin ümumi sayı 34,7 mini keçir.

Hazırda beş kilometrlik sərhəd zonasındakı 59 yaşayış məntəqəsinin bütün sakinləri təxliyə edilib. Eyni zamanda, Sumı şəhərindən təxliyə elan edilməyib, insanlar şəhəri öz istəkləri ilə tərk edirlər.
 
/Report
OXŞAR XƏBƏRLƏR