Sumoçülarımız Avropada birinci oldu

İDMAN
22:38 20.04.2013
1084
Bu günlərdə Varşavada Azərbaycan idmançılarının iştirakı ilə sumo üzrə Avropa çempionatı keçirilir.AZXEBER.COM-un “AzərTAc”a istinadən verdiyi xəbərə görə, idmançılarımız 21 yaşınadək olan sumoçular arasında üç qızıl və bir bürünc medal qazanıblar. Namiq Sadıxov (92 kq) və Əmiraslan Əhmədov (115 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. Əmrah Əhmədov isə (70 kq-dək) yalnız bir görüşdə məğlub olaraq bürünc mükafat alıb.
OXŞAR XƏBƏRLƏR