"Sumqayıt" Avroliqa ilə vidalaşdı

"Sumqayıt" Avroliqa ilə vidalaşdı
İDMAN
22:09 27.08.2020
721
"Sumqayıt" Avroliqada mübarizəni dayandırıb.

AzxeberSport xəbər verir ki, ilk dəfə bu turnirdə ölkəmizi təmsil edən "Sumqayıt" da bu gün meydana çıxıb.

Ayxan Abbasovun komandası debüt matçında Şimali Makedoniyanın "Şkendiya" klubuna məğlub olub. Matç 0:2 hesabıyla qonaqların xeyrinə bitib. 

Qeyd edək ki, mərhələ bir oyundan ibarət olduğundan "Sunqayıt" Avroliqada mübarizəni dayandırıb.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi

20:00. "Sumqayıt” (Azərbaycan) – "Şkendiya” (Şimali Makedoniya) - 0:2 (İkinci hissə)
Qol: Besart İbrahimi, 56-pen (0:1), L.Doriev, 89- pen. (0:2)
Hakimlər: Arman İsmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt. "Kapital Bank Arena”
OXŞAR XƏBƏRLƏR