Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb - SƏBƏB

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb - SƏBƏB
SOSİAL
10:09 25.12.2023
117
Bu gün saat 07:35-də Sumqayıtdan Bakıya hərəkət etməli olan sürətli sərnişin qatarı 17 dəqiqə gec - saat 07:52-də yola düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-a sərnişinlər məlumat verib.

Bundan başqa, onların sözlərinə görə, saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspres qatarı saat 08:01-də yola çıxıb.

"Azərbaycan Dəmir Yolları” QSC Sumqayıt-Bakı qatarının gecikməsinə münasibət bildirib.
Qurumdan verilən məlumata görə, buna səbəb güclü külək əsməsi nəticəsində cərəyan qəbuledici naqillərin zədələnməsidir.

Odur ki, qatarların hərəkət qrafikində cüzi kənara çıxma halları (6-8 dəqiqə) qeydə alınıb
OXŞAR XƏBƏRLƏR