Ayağında on milyonlarla yeyinti olan Əbülfəz Babayevin Akif Çovdarovla şok işbirliyi üzə çıxıb Müavini Akif Rəhimovun vasitəsilə generalla yaxınlaşan sabiq sədr onun Sumqayıtdakı kirli işlərini həyata keçirib
Ölkəmizin 3-cü ən böyük şəhəri olan Sumqayıtda keçmiş bələdiyyə sədri Əbülfəz İsmayıl oğlu Babayevi tanımayan yoxdur. Belə ki, bu adam 10 il Sumqayıt Şəhər Bələdiyyəsinə sədrlik edib. Amma aparılan araşdırmalar göstərir ki, Əbülfəz Babayevin Sumqayıta və şəhər camaatına bu illər ərzində heç bir xeyri dəyməyib. Bu barədə az sonra ətraflı danışacağıq. Məlumat üçün qeyd edək ki, Əbülfəz Babayev 1947-ci ilin 20 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qarabağlar kəndində anadan olub. 1972-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft - Kimya institutunun kimya-texnologiya fakültəsini bitirib, təyinatla Sumqayıt Sintezkauçuk zavodunda gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. 1982-83-cü illərədə S.Orconikidze adına Moskva Qırmızı Əmək Bayrağı ordenli İdarəetmə İnstitutunu "sənaye-tikinti və istehsalın təşkili" fakültəsini bitirib.
1983 -2005-ci illərdə Sintezkauçuk İstehsalat Birliyinin baş mühəndisi, Etilen Polietien zavodunun direktoru, Azərkimya Dövlət Şirkətinin vitse -Prezidenti vəzifələrində çalışmışdır. 2005-ci ilin avqust ayından Sumqayıt şəhər bələdiyyəsinin sədri vəzifəsinə seçilib. 2015-ci ilin dekabr ayının 15-də isə tutduğu vəzifədən kənarlaşdırılb. Gundelik-baku.com-a daxil olan informasiyaya əsasən, Əbülfəz Babayev bələdiyyəyə rəhbərlik etdiyi illərdə dövlət tərəfindən ayrılan dotasiyaları, eyni zamanda yerli özünüidarə orqanının büdcəsinə yığılan vergi vəsaitlərini öz bildiyi şəkildə xərcləyib. Onun sədrliyi dövründə fiziki şəxslərdən yığılan torpaq və əmlak vergisinin, fiziki və hüquqi şəxslərdən icarə haqqının, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlərin, avtodayanacaq ödənişlərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hara xərcləndiyi məlum olmayıb: «Sadalanan obyektlərdən yığılan vergilər bələdiyyənin büdcəsinə keçirilməyib. Sədr yığılan vergiləri sənədlərdə tam məbləğdə göstərməyərək öz istəyinə nail olub. Bu səbəbdən Sumqayıt bələdiyyəsində Əbülfəz Babayevin dövründə hər il büdcə kəsirləri üzə çıxıb. Bundan başqa, 2013-cü ilin birinci yarımilliyi ərzində yerli büdcənin gəlirləri 735066 manat olub. Bunun 69876 manatı torpaq vergisi, 11136 manatı əmlak vergisi, 131535 manatı icarə haqqı, 77858 manat torpaq alqı-satqısı, 9430 manatı avtodayanacaq rüsumları, 150000 manat bankdan alınmış kredit, 15231 manatı isə digər ödənişlərdən əldə edilib. Dövlət büdcəsindən isə 270000 manat dotasiya verilib. Yığılan vəsaitlərin yarısı büdcəyə keçirilib, yarısının isə aqibətindən xəbər yoxdur. Dövlət büdcəsindən verilən dotasiyanın hara xərclənməsi də naməlumdur. Bundan başqa, o əlindəki səlahiyyətlərdən istifadə edərək Sumqayıt şəhərində böyük biznes şəbəkəsi yaratmağa müvəffəq olub. Məlumata görə, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən ticarət obyektlərinin bir çoxu keçmiş bələdiyyə sədrinə məxsusdur. Vəzifədə olduğu müddətdə ancaq özü və yaxın qohumları üçün işləyən Əbülfəz müəllim biznes obyektlərinin sayına görə ölkənin ən iri oliqarxları ilə eyni səviyyədə dayanır.
Sülh küçəsindəki avtoservislərin, restoranların əksəriyyəti ona məxsusdur». Araşdırmalar nəticəsində öyrəndik ki, Əbülfəz Babayevin MTN-in həbsdə olan generalı Akif Çovdarovla yaxın əlaqələri olub. Bu əlaqələrin qurulmasında əsas vasitəçi Əbülfəz Babayevin müavini Akif Abbas oğlu Kərimov olub. Əldə etdiyimiz məlumatlara görə, 1954-cü ilin iyun ayının 22-də Gürcüstan Respublikası Marneuli rayonunun Təzəkənd kəndində anadan olan Akif Kərimov Akif Çovdarovun yaxın qohumu olub: «O 2002-ci ildən Sumqayıt Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışıb və yerli büdcə məsələləri komissiyasının sədridir. Deyilənə görə, müavini vasitəsilə generalla münasibət yaratmağı bacaran sabiq bələdiyyə sədri Akif Çovdarovun Sumqayıtdakı bütün kirli işlərində ona yardımçı olub. Başqa sözlə desək,
MTN generalının şantaj etdiyi şəxslərə sabiq bələdiyyə sədri də təzyiq göstərib. Akif Çovdarovun həbsindən sonra isə həm Əbülfəz Babayevin, həm də Akif Rəhimovun «xod»u alınıb». Mötəbər mənbələr bildirirlər ki, ayağında 10 milyonlarla yeyinti olan Sumqayıt bələdiyyəsinin keçmiş sədri ilə bağlı zəruri materiallar hazırda prokurorluq orqanlarında araşdırılır: «Onun vəzifədə olarkən törətdiyi qanunsuz əməllərə yəqin ki, yaxın vaxtlarda hüquqi qiymət veriləcək. Əbülfəz Babayev elə hesab edir ki, vəzifəsini təhvil verməklə işi bitib. Amma əsas məsələ bundan sonrasıdır. O 10 il ərzində qeyri-qanuni yolla əldə etdiyi bütün mülkləri dövlətə qaytarmalı olacaq. Keçmiş sədrin həbs təhlükəsi gündən-günə daha da yaxınlaşır». Araşdırmalarımız davam edir. Yazını daha kəskin faktlarla genişləndirəcəyik. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. P.S. İşi çətinə düşən Əbülfəz Babayev ölkənin hörmətli adamlarının adından istifadə etməyə başlayıb.
/// Gundelik-baku.com