"Sumqayıt" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Abdul Raşid Mumini ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, "Sumqayıt" daha öncə Sənan Muradlı, Aleksandr Ramalinqom və Rayan Senhadji ilə yollarını ayırıb.











































