“Sumqayıt” testdən keçdi

İDMAN
12:02 21.01.2012
1370

“Sumqayıt” FK Antalyada təlim-məşq toplanışını davam etdirir.

AZXEBER.COM-un məlumatına görə, komandamızın üzvləri fiziki hazırlıqlarının yoxlanması ilə əlaqədar laktat testdən keçiblər.

Bu gün “Sumqayıt” FK Antalyada növbəti yoxlama oyununa çıxacaq. Yanvarın 19-da Qazaxıstanın “Jetusi” klubunu 2:0 hesabı ilə məğlubiyyətə uğradan Bernhard Raabın komandası bu dəfə Almaniya 1-ci Bundesliqasında mübarizə aparan “Paterborn”la üz-üzə gələcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüş “Arcadia Limak” otelinin stadionunda keçiriləcək.

Qeyd edək ki, komandanın üç üzvü – Ruslan Tağızadə, Emin Mustafayev və Orxan Həsənov U-21-in düşərgəsinə yollanıb.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR