Sumqayıt Tibb Kollecinin yataqxanası yanır

Sumqayıt Tibb Kollecinin yataqxanası yanır
SOSİAL
23:48 17.01.2024
239
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən AZXEBER.COM-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR