Sumqayıt yolu sabah işlək vəziyyətdə olacaq

Sumqayıt yolu sabah işlək vəziyyətdə olacaq
SOSİAL
22:27 28.07.2018
4964
Bakı-Sumqayıt yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq edilən məhdudiyyət sabah aradan qaldırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a bildirilib ki, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar iyulun 29-u səhər 05:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.

Sözügedən ərazidə görülən işlər axşam saatlarında başa çatdırılacaq.

OXŞAR XƏBƏRLƏR