Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır

Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır
SOSİAL
09:57 14.11.2025
87
Sumqayıt şəhərinin "Ceyranbatan asfalt zavodu" adlanan ərazisində yeraltı qaz xətlərində sızma aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Bildirilib ki, problemin aradan qaldırılması məqsədilə noyabrın 14-ü saat 11:00-dan etibarən 1 000 abonentin qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra yenidən bərpa olunacaq.
OXŞAR XƏBƏRLƏR