Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb - Vəziyyəti ağırdır

SOSİAL
19:53 28.09.2024
169
Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Hadisənin səbəbi araşdırılır.
OXŞAR XƏBƏRLƏR