Sumqayıtda 13 yaşlı məktəbli itkin düşdü

Sumqayıtda 13 yaşlı məktəbli itkin düşdü
SOSİAL
21:55 13.11.2021
375
Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb.

AZXEBER.COM xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yaşayan Elcan Quliyev repetitor yanına getmək üçün evdən çıxıb. Ancaq müəllimi zəng edərək Elcanın dərsə gəlmədiyini bildirib.
 
Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.

Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR