Sumqayıtda 17 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda yeni tikililərin birində qeydə alınıb.
2008-ci il təvəllüdlü Q.M. ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. O, hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.