Sumqayıtda 17 yaşlı qızı maşın vurub

Sumqayıtda 17 yaşlı qızı maşın vurub
SOSİAL
22:36 07.04.2018
7388

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

2001-ci il təvəllüdlü Sumqayıt şəhər 3-cü mikrorayon sakini Umudova Yeganə Amid qızı Sülh küçəsində yolu keçərkən "Opel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, 17 yaşlı Yeganə Umudovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

///Report.az

OXŞAR XƏBƏRLƏR