Sumqayıtda 18 yaşlı kollec tələbəsinin dənizdən meyiti tapıldı

Sumqayıtda 18 yaşlı kollec tələbəsinin dənizdən meyiti tapıldı
SOSİAL
15:30 18.08.2022
480
Sumqayıtda dənizdən qadın meyiti tapılıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, meyit Xəzər dənizinin Sumqayıt sahilində "damba" deyilən ərazidə aşkarlanıb.

Araşdırma zamanı meyiti tapılan şəxsin Kürdəmir rayonu sakini 2004-cü il təvəllüdlü Cəfərova Mələk Eldar qızı olduğu müəyyən edilib. Meyit aidiyyatı üzrə təhvil verilib. Onun intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, 18 yaşlı M. Cəfərovanın Sumqayıt Tibb Kollecinin tələbəsi olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR