Sumqayıtda 22 yaşlı gənc qətlə yetirildi

Sumqayıtda 22 yaşlı gənc qətlə yetirildi
SOSİAL
19:38 27.08.2022
307
Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşov öldürülüb. 

Sumqayıt şəhər prokurorluğundan AZXEBER.COM-a daxil olan məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR