Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Ramil adlı şəxs (soyadı dəqiqləşdirilir-red) naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Ona beşdən çox bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.
///Report