Sumqayıt şəhərində özünü oğlunun intihar etdiyi yerdə öldürən qadının adı məlum olub.
AZXEBER/COM-un Report-a istinadən məlumatına görə, 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünə həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal tapladığı üçün özünü 14 mərtəbəli binanın damından ataraq intihar etmişdi.