Sumqayıtda ağır avtobus qəzası: ölən və yaralılar var

Sumqayıtda ağır avtobus qəzası: ölən və yaralılar var
SOSİAL
11:29 22.01.2020
4556
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM interaz-a istinadən xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz Sprinter" markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR