Sumqayıtda atası tərəfindən bıçaqlandığı iddia olunan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlandığı iddia olunan oğlanın vəziyyəti açıqlandı
SOSİAL
22:58 31.08.2026
66
Sumqayıtda atası tərəfindən bıçaqlandığı iddia olunan oğlanın vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZXEBER.COM-a verilən məlumata görə, 1998-ci il təvəllüdlü şəxs (kişi) avqustun 30-da saat 20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona qarın divarının açıq yarası diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.

Hazırda pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR