Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
HADİSƏ
20:02 16.08.2025
158
Sumqayıtda yol qəzası nəticəsində xəsarət alan piyada 9 gün sonra xəstəxanada ölüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə avqustun 7-də şəhərin Koroğlu prospektində baş verib. "Mercedes” markalı avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Mədinə Fehruz qızı Nəbiyevanı vurub.

Ağır xəsarətlər alan qadın paytaxt xəstəxanalarından birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR