Sumqayıtda bank hesabından 13 min manat oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, yanvarın 8-də Sumqayıt şəhəri ərazisində bir nəfərin bank hesabından 13.100 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Əsəd Abdullayev müəyyən olunaraq saxlanılıb.










































