Sumqayıt şəhərində bina eyvanının aşması ilə nəticələnən hadisə baş verib.
"Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən çoxmənzilli yaşayış binalarından birinin ikinci mərtəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin,Sumqayıt Şəhər Polis İdarəsinin,İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Hazırda eyvanın uçma səbəbləri araşdırılır. Faktla bağlı müvafiq tədbirlər görülür.