Sumqayıt şəhərində "KamAZ"ın üzərin hasar aşıb, sürücü hadisə yerində ölüb.
Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Natiq Haqverdiyev ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşınını hündür hasarın kənarında saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
report