Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
AZXEBER.COM "Repor"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.
Qəzanın təfərrüatları araşdırılır.