Sumqayıtda əməliyyat – Saxlanılanlar var

Sumqayıtda əməliyyat – Saxlanılanlar var
SOSİAL
13:28 12.12.2018
3019
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib.

Verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Belə ki, 2 evdən və 1 mağazadan təmir-tikinti alətləri, pəncərə çərçivəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov,

2 avtomobildən, 1 qadının çantasından pul, yaddaş kartı, videoqeydiyyat qurğusu və 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İsayev,

3 evdən pul, velosiped və geyim əşayaları oğurlamış, 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini Gülmirzə Şəfiyev,

2 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır. 
OXŞAR XƏBƏRLƏR