Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanıldı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanıldı
SOSİAL
08:20 19.04.2024
203
Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib.

AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər.

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Fikrət Hakim oğlu Məmmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR