Sumqayıtda ərdən dəhşətli əməl: 1 uşaq anasının üz-gözünü doğradı

Sumqayıtda ərdən dəhşətli əməl: 1 uşaq anasının üz-gözünü doğradı
SOSİAL
22:28 10.11.2018
3962
Sumqayıtda keçmiş məhkum həyat yoldaşına bıçaqla xəsarət yetirib

"Report"un məlumatına görə, hadisə "Yaşıldərə" yaşayış massivində baş verib.

Şəhər sakini, 1995-ci il Məmmədova Aysel Famil qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Həyat yoldaşı onun üz və bədən nahiyələrinə bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisəni törədən şəxs məsuliyyətə cəlb olunub.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Cütlük bir müddət imiş ki, ayrı yaşayırmış. Ailənin bir azyaşlı övladı var. Qeyd edək ki, A.Məmmədovanın əri həbsxanadan yenicə çıxıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR