Sumqayıtda yanğın olub.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.