Sumqayıtda evdə yanğın söndürüldü

SOSİAL
15:22 19.01.2025
186
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

FHN-dən AZXEBER.COM-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

OXŞAR XƏBƏRLƏR