Sumqayıtda faciə: 47 yaşlı kişinin üzərinə beton parçası düşdü

Sumqayıtda faciə: 47 yaşlı kişinin üzərinə beton parçası düşdü
SOSİAL
11:46 15.03.2022
389
Sumqayıtda bədbəxt hadisə nəticəsində 47 yaşlı kişi ölüb.

AZXEBER.COM-un APA-ya istinadla məlumatına görə, hadisə fəaliyyətsiz olan Kompressorlar zavodunun söküntüsü zamanı baş verib.

Belə ki, orada fəhlə işləyən 1975-ci il təvəllüdlü Abdullayev Rafiq Fərman oğlunun üzərinə beton parçası düşüb. Ağır bədən xəsarətləri alan 47 yaşlı kişi hadisə nəticəsində ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR