16:29 şənbə, 14 Dekabr 2019
SOSİAL

Sumqayıtda FACİƏ: naqil oğurlamaq istəyən şəxs...

22:14, 18.11.201920685
Sumqayıtda FACİƏ: naqil oğurlamaq istəyən şəxs...
Sumqayıtda elektrik yarımstansiyasına müdaxilə edən kişini elektrik cərəyanı vurub öldürüb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

17-ci mikrorayon, 52-ci binanın qarşısındakı yarımstansiyada 35-40 yaşlı naməlum kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs yarımstansiyanın açar yerinə mexaniki yolla müdaxilə edərək qapını açıb və içəri daxil olub. Elektrik naqillərini oğurlamaq məqsədilə kəsərək toplayıb, növbəti naqili kəsərkən onu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
XƏBƏR LENTİ