Sumqayıtda gənc boğazında bıçaqla xəstəxanaya gətirildi
12:51 23.02.2013
1214
Sumqayıtda gənc oğlan bıçaqlanıb. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, 28 yaşlı Azad Məmmədov boğazından bıçaqlanıb. Yaralı təcilli olaraq Bakıya, Klinik Tibbi Mərkəzə gətirilib. Uzun sürən əməliyyatdan sonra bıçaq A.Məmmədovun boğazından çıxarılıb. Hazırda onun vəziyyəti ağırdır. Azad Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.