Sumqayıtda gənc oğlan başqa qadınlarla gəzdi, arvadına işgəncə verdi - TƏFƏRRÜAT

Sumqayıtda gənc oğlan başqa qadınlarla gəzdi, arvadına işgəncə verdi - TƏFƏRRÜAT
HADİSƏ
14:34 30.08.2022
1000
Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Rəvan Quliyev həyat yoldaşı Şəmsiyyəyə (adlar şərtidir - red.) xəsarət yetirib. 

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Corat bağlar massivindəki bağ evində baş verib. 

Cinayət işi üzrə təqsirləndirilən Rəvanın sözlərinə görə, 2015-ci ilin sentyabrında Şəmsiyyə ilə ailə qurub:

"Ailə qurmağımıza baxmayaraq aramızda rəsmi nikah bağlanılmayıb. Birgə yaşadığımız müddətdə iki övladımız dünyaya gəlib". 

Təqsirləndirilən şəxsin sözlərinə görə, son üç il ərzində Şəmsiyyə ilə aralarında münaqişələr, dava-dalaşlar baş verib:

"Hər dəfə aramızda olan münaqişədən sonra Şəmsiyyə valideynlərinin evinə gedib. Hər dəfə Şəmsiyyəni geti qaytarmışam".

Rəvan qeyd edib ki, hadisə günü işdən çıxandan sonra bir qədər spirtli içki qəbul edib və sərxoş olub:

"Saat 22.00-da sərxoş vəziyyətdə evə gəldim. Evə daxil olandan sonra bu gün hara gedib, gəldiyini Şəmsiyyədən soruşdum. Şəmsiyyə isə bacımgilə getdiyini bildirdi. Bu zaman çox sərxoş olduğumdan Şəmsiyyə ilə dava-dalaş etməyə başladım. Evdəki oturacağı götürərək Şəmsiyyənin başından vurdum. Şəmsiyyəni yerə yıxdım və əlim ilə boynunu tutaraq onu boğdum. Sonra təpiklə sağ sifət nahiyyəsindən vurdum. Evdəki boşqab və digər qab-qacaqları sındırdım. Boşqab qırıntısı ilə onun sol əlinə xəsarət yetirdim. Qaz peçinin borusu ilə Şəmsiyyənin çiynindən vurdum".

Rəvan bildirib ki, onu anası Səmayə sakitləşdirmək istəyib. Onun ifadəsinə görə, bu vaxt anasını da kənara itələyib. Rəvan deyib ki, sonra Şəmsiyyə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. 

Rəvan ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib. O, 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş edib. 

Cinayət işi üzrə ifadə verən zərərçəkmiş Şəmsiyyənin sözlərinə görə, son üç il ərzində Rəvan ona bir neçə qadınla xəyanət edib. Onun ifadəsinə görə, bu səbəbdən Rəvanla dəfələrlə aralarında münaqişələr olub. 

Şəmsiyyə bildirib ki, baş verən hadisədən 6 ay əvvəl yenidən Rəvanın xəyanətinə görə evdən gedib və amma Rəvan ondan yanına qayıtmağını xahiş etdiyinə görə övladlarının xatirinə geri qayıdıb. 
Şəmsiyyə daha sonra ifadəsində sonuncu hadisədən danışıb və ərinin onu amansızcasına döyməsini qeyd edib. Şəmsiyyə ifadəsinin sonunda ərindən şikayətçi olduğunu, onun cəzalandırılmasını istəyib. Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Rəvan 360 saat ictimai işlər cəzasına məhkum edilib. 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
21:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
21:37 23.08.2026
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
21:25 23.08.2026
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
21:13 23.08.2026
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
21:11 23.08.2026
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
21:02 23.08.2026
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
20:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
20:34 23.08.2026
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
20:24 23.08.2026
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR