Sumqayıtda güclü yanğın: yük maşını, balıqçı qayığı kül oldu – YARALI VAR

Sumqayıtda güclü yanğın: yük maşını, balıqçı qayığı kül oldu – YARALI VAR
SOSİAL
11:46 10.06.2018
6975
Ötən  gecə Sumqayıt şəhərində güclü yanğın hadisəsi baş verib.

AZXEBER.COM-un xeberle.com-a istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının birində qeydə alınıb.

Yanğın yerinə Sumqayıt Yanğından Mühafizə qarnizonundan 3 yanğın avtomobili və canlı qüvvə cəlb edilib. Yanğın nəticəsində "Qazel” markalı yük avtomobili və balıqçı qayığı yanıb. 
 
Ərazidə 4 ədəd qayıq və bir ədəd traktor yanğından mühafizə olunub.

Hadisə yerində 1988-ci il təvəllüdlü Əliyev Elçin Bəylər oğlu yuxarı ətrafların 1-3-cü dərəcəli yanıq xəsarətləri alıb. 
 
Xəsarət alan dərhal Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR