Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb
HADİSƏ
11:51 13.07.2025
466
Sumqayıt şəhərinin Stansiya Sumqayıt adlanan yaşayış massivində güllələnmə hadisəsi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, 1993-cü il təvəllüdlü, əslən Kəlbəcər rayonundan olan Nuruyev Cavid Saleh oğlu yaşadığı evdə odlu silahla özünə atəş açaraq həyatına son qoyub. Hadisə gecə saatlarında baş verib.

Məlumata əsasən, Cavid Nuruyev uzun müddətdir Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb və orada yaşayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
 
 
\APA
OXŞAR XƏBƏRLƏR