Sumqayıtda intihar - Xəstəxananın 4-cü mərtəbəsindən özünü atdı

SOSİAL
11:45 30.04.2016
1888
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Sumqayıt Göz Xəstəxanasında müalicə alan qadın bu gün səhər saatlarında özünü 4-cü mərtəbədən ataraq öldürüb. Özünü pəncərədən atan qadın hadisə yerindəcə dünyasını dəyişib.
Sumqayıt şəhər prokurorluğundan intihar olayını təsdiqləyiblər: “Müstəntiq hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.
Sumqayıt Şəhər Polis İdarəsindən isə AzNews.az-a bildirilib ki, qadın 60-65 yaşlarındadır. O, şəkər xəstəsi imiş.
///AzNews.az

OXŞAR XƏBƏRLƏR