Sumqayıtda kanalda batan gənc oğlanın meyiti tapılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fövləqadə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində 26 yaşlı Əliyev Abusət Fəxrəddin oğlu batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.