Sumqayıtda kürəkən qayınatasını qətlə yetirdi

Sumqayıtda kürəkən qayınatasını qətlə yetirdi
HADİSƏ
09:55 12.07.2025
233
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.
 
Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.

Məlumata görə, Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR