Sumqayıtda maşın piyadanı vurdu - Sərnişin öldü

Sumqayıtda maşın piyadanı vurdu - Sərnişin öldü
HADİSƏ
09:37 21.05.2025
271
Sumqayıt şəhəri ərazisində qəza baş verib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə mayın 20-i saat 21 radələrində qeydə alınıb.

Belə ki, Həsənov Ramazan Habil oğlu idarə etdiyi "Mercedes ML 320" markalı avtomobillə Sumqayıt şəhəri ərazisində piyada Abdullayev Samiq Fərhad oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra idarəetməni itirərək "Man” markalı avtomobilin yarımqoşqusuna çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində əyləşmiş 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR