Sumqayıtda məktəb direktorunun şagirdlərdən pul tələb etməsi iddiası araşdırılır

SOSİAL
17:35 20.09.2024
173
Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.

Bu barədə AZXEBER.COM-un soğrusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:

"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".
OXŞAR XƏBƏRLƏR